
Azərbaycan gimnastlarından İstanbulda uğurlu nəticə
- 02 İyn 2025 21:20
- 62
Azərbaycan təmsilçiləri Türkiyənin İstanbul şəhərində keçirilən aerobika gimnastikası üzrə “Bosphorus Open Cup” beynəlxalq turnirində uğurlu çıxışla yadda qalıblar.
Rekord.az xəbər verir ki, idmançılar fərdi, üçlük, qrup və aerodans növlərində müxtəlif əyarlı medallar qazanıblar.
Fərdi çıxışlar:
Məryəm Topçubaşova – 17.800 xal, bürünc medal
Mədinə İbrahimli – 14.950 və 15.050 xal, ikiqat bürünc medal
Dilarə Qurbanova – 18.700 və 18.850 xal, ikiqat bürünc medal
Vladimir Dolmatov – 19.350 xal, qızıl medal; 18.200 xal, gümüş medal
Üçlük çıxışları:
Leyla Bejanova, Arzu Ağayeva və Dilarə Qurbanova – 15.500 xal, bürünc medal
Mədinə İbrahimli, Adeliya Həşimova və Dəniz Əliyeva – 15.650 xal, gümüş medal; 14.950 xal, bürünc medal
Ayan İskəndərli, Ayan Talıbova və Təhminə İbrahimova – 15.750 və 16.350 xal, ikiqat bürünc medal
Qrup çıxışları:
Sara Əlixanlı, Dilarə Qurbanova, Vladimir Dolmatov, Mədinə Mustafayeva və Xədicə Quliyeva – 17.713 xal, gümüş medal
Ayan Ağayeva, Hüsnə Rzayeva, Ayan İskəndərli, Təhminə İbrahimova və Rəna Məmmədova – 15.950 və 15.900 xal, ikiqat gümüş medal
Aerodans:
Nuray İsayeva, Ayan Talıbova, Ayan İskəndərli, Sevda Sadıqlı, Bəsti Talıblı, Rəna Məmmədova, Aylin Quluzadə və Nuri Aylin – 14.600 xal, qızıl medal qazanıblar.