Azərbaycan gimnastlarından Dünya Kubokunda daha 2 medal
- 14:34
- 24
Azərbaycan gimnastları Tofiq Əliyev və Mixail Malkin Bakıda keçirilən Dünya Kubokunda uğurlu çıxış ediblər.
Rekord.az xəbər verir ki, tamblinqçilərin hər ikisi medal qazanıblar.
Tofiq Əliyev gümüş, Mixail Malkin qızıl mükafata sahib çıxıb.
Milli Gimnastika Arenasında təşkil olunan batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku bu gün başa çatacaq. Daha əvvəl batutçu Selcan Mahsudova da gümüş medala yiyələnib.