
Azərbaycan çempionatında ilk günün mükafatçıları bəlli oldu
- 06 İyn 2025 23:00
- 38
Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Yay Azərbaycan çempionatına start verilib.
Rekord.az xəbər verir ki, yarışda milli üzvləri də daxil olmaqla paytaxt və respublikanın müxtəlif regionlarından olan 160-dan çox atlet gücünü sınayır.
Açılış mərasimində çıxış edən federasiyanın baş katibi Məhərrəm Sultanzadə və Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva nüfuzlu beynəlxalq turnirlərə seçim üçün önəmli rol oynayan yarışın əhəmiyyətindən danışaraq idmançılara uğurlar arzulayıblar.
Yarış dünya çempionatı və İslam Həmrəyliyi Oyunlarına lisenziya üçün reytinq xallarının toplanması, komandalararası Avropa çempionatı və Balkan çempionatına seçim baxımından mühüm əhəmiyyət kəsb edir.
İlk gününün nəticələri:
100 metr məsafəyə qaçış
1. Əlhəm Nağıyev
2. Aleksey Əliəkbərov
3. Həmid Nəbiyev
100 metr məsafəyə qaçış:
1. Lamiyə Vəliyeva
2. Fəridə Rzayeva
3. Səlma Ağabəyova
400 metr məsafəyə qaçış:
1. Novruz Əsədli
2. Cavid Məmmədov
3. Nihat Tağıyev
400 metr məsafəyə qaçış:
1. İlahə Quliyeva
2. Gülçin Nağıyeva
3. Arzum Məmmədli
1500 metr məsafəyə qaçış:
1. Bəxtiyar Əsgərli
2. İsgəndər Əsgərov
3. Ümid İbrahimov
1500 metr məsafəyə qaçış:
1. Anna Yusupova
2. Yuliya Belkova
3. Azəri Məmmədli
100 metr sədlərlə qaçış:
1. Ləman İsfəndiyarova
3000 metr məsafəyə maneələrlə qaçış:
1. Əmrah Nağıyev
2. Nihat Cabbarlı
Üçtəkanla tullanma:
1. Rüstəm Məmmədov
2. Nazim Babayev
3. Ramil İsmayılov
Üçtəkanla tullanma:
1. Yekaterina Sarıyeva
Hündürlüyə tullanma:
1. Ələkbər Əsgərov
2. Vladislav Tarusov
3. Bülbül Babayev
Hündürlüyə tullanma:
1. Zeynəb Qəmbərova
2. Mədinə Məmmədova
3. Zəhra Bayramova
Şüvüllə tullanma:
1. Cabir Əliyev
2. Qadir Qurbanov
Nüvə itələmə:
1. İsmayıl Əliyev
2. Tofiq Məmmədov
3. Rasim Babayev
Nüvə itələmə:
1. Səkinə Hacızadə
2. İradə Əliyeva
3. Nəzrin İsayeva
Nizə atma:
1. Orxan Qasımov
2. İslam Qəhrəmanzadə
3. Tofiq Məmmədov
Nizə atma:
1. İradə Əliyeva
2. Nazlı Nəbizadə
3. Olesya Petrova.