
Azərbaycan birinciliyinə yekun vuruldu
- 01 İyn 2025 12:30
- 72
Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçilığı ilə 13 yaşadək stolüstü tennisçilərin ölkə birinciliyinə yekun vurulub.
Rekord.az xəbər verir ki, gərgin və maraqlı mübarizənin nəticələrinə əsasən Sofiya Trofimenko və Vaqif Babayev şəxsi yarışlarda birinci olublar.
Qoşa mübarizədə Yasəmən Həbibova-Mehin Mirzəbalayeva və Vaqif Babayev-Zərbah Muradov tandemi baş mükafata layiq görülüb.
Qarışıq-qoşa yarışlardan isə Həzrət Kamilov ilə Xədicə Babazadə qalib ayrılıb.
Qeyd edək ki, budəfəki ölkə birinciliyinə müxtəlif şəhər və rayonların 100-ədək idmançısı qatılıb.