Azərbaycan birinciliyi keçiriləcək
- 13:40
- 35
Fevralın 27-28-də avarçəkmənin akademik, kayak və kanoe növləri üzrə Azərbaycan birinciliyi keçiriləcək.
Rekord.az xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.
Turnir handikap sistemi üzrə Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq.
İdmançılar fərdi olaraq bir nəfərlik qayıqlarla akademik avarçəkmədə 4000 metr, kayak və kanoedə isə 2000 metr məsafə qət edəcəklər. Qaliblər vaxt göstəricilərinə əsasən müəyyənləşəcək.
Azərbaycan birinciliyində Bakı və Mingəçevirdən 2008-2013-cü il təvəllüdlü ümumilikdə 80 idmançı mübarizə aparacaq. Qaliblər diplom və medallarla mükafatlandırılacaqlar. Fərqlənən idmançılar Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr ediləcək "Prezident Kuboku-2026" və digər beynəlxalq yarışlarda ölkəni təmsil edəcək komandanın heyətinə cəlb olunacaq.