Azərbaycan birinciliyi keçiriləcək
- 15:40
- 32
Bakıda 2009-2010-cu il təvəllüdlü idmançılar arasında qapalı məkanda ölkə birinciliyi keçiriləcək.
Bu barədə Rekord.az-a Azərbaycan Atletika Federasiyasından (AAF) bildirilib.
Fevralın 20-21-də baş tutacaq turnirdə yeniyetmə atletlər müxtəlif proqramlar üzrə qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi və AAF tərəfindən Bakı Atletika Mərkəzində təşkil olunacaq.