Avarçəkənlərimiz “Paolo d"Aloja” turnirində iki medal qazanıb
- 21:20
- 28
Akademik avarçəkmə üzrə gənclərdən ibarət yığma komandamız "Paolo d"Aloja" xatirə turnirində uğurlu çıxış edib.
Rekord.az xəbər verir ki, təmsilçilərimiz İtaliyada təşkil olunan reqatada iki medal qazanıb.
Nurlan Paşayev - Ziya Məmmədzadə cütü 2 nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşdə gümüş medala layiq görülüb. Azər İlyasov eyni məsafədə 1 nəfərlik qayıqda üçüncü yeri tutub.