
Avarçəkənlərdən Samsunda bir qızıl, bir gümüş medal
- 26 May 2025 15:30
- 138
Azərbaycan avarçəkənləri Türkiyədə keçirilən “Samsun Draqon Festivalı”nda bir qızıl, bir gümüş medal qazanıblar.
Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidməti məlumat yayıb.
İlk gündə 200 metr məsafəyə mübarizədə Azərbaycan komandası bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Son yarış günündə isə avarçəkənlərimiz 1000 metr məsafə üzrə yarışda gümüş medal qazanıblar.