"Atletiko" qapıçısı Horasio Moldovanı icarəyə verib.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


27 yaşlı qapıçı "Real Ovyedo"ya keçib. Onunla 1 illik müqavilə imzalanıb.


Rumıniya millisinin qapıçısı 2023-cü ilin yayında “Rapid Buxarest”dən “Atletiko”ya transfer olub. O, ötən mövsüm İtaliyanın “Sassuolo” klubunda icarə əsasında çıxış edib, burada 27 oyun keçirib, 27 qol buraxıb və 11 matçda qapısını təmiz saxlayıb.