"Atletiko"dan ayrılan Reynildo Mandavanın yeni klubu müəyyənləşib.


Rekord.az xəbər verir ki, mozambikli müdafiəçi karyerasını İngiltərədə davam etdirəcək.


Yeni mövsümdə Premyer Liqada çıxış edəcək "Sanderlend" azad agent statusunda olan Reynildo ilə 2 illik müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


31 yaşlı Mandava ötən mövsüm "Atletiko"nun heyətində 30 rəsmi matçda meydana çıxıb.