
Asim Xudiyev Konfrans Liqası oyununda
- 09 İyl 2025 15:45
- 49
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
Rekord.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 17-də keçiriləcək “Dila” (Gürcüstan) - “Rasinq Union” (Lüksemburq) görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma Qori şəhərində yerləşən Tengiz Burcanadze adına stadionda baş tutacaq.