
“Aris” - “Araz-Naxçıvan” oyununu bu kanal yayımlayacaq
- 28 İyl 2025 17:20
- 51
Konfrans Liqasının 2-ci mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Aris” – “Araz-Naxçıvan” görüşünu yayımlayacaq kanal müəyyənləşib.
Rekord.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Sözügedən görüş "İdman TV"də canlı yayımlanacaq. Matç iyulun 31-də Yunanıstanda keçiriləcək və Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.
Qeyd edək ki, bu komandalar arasında Bakıda oynanılan ilk matçda “Araz-Naxçıvan” 2:1 hesabı ilə qələbə qazanıb.