Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Araz-Naxçıvan"la qarşılaşacaq Yunanıstan təmsilçisi "Aris" heyətini yeni futbolçu ilə gücləndirib.


Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Saloniki kollektivi İspaniya La Liqası komandası "Jirona"nın üzvü Qabriel Misehoyu sıralarına cəlb edib.


20 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddəti barədə məlumat verilməyib.


Misehoy ötən mövsüm "Jirona"nın heyətində 11 oyunda meydana çıxıb və 1 qol vurub.