
“Araz-Naxçıvan”ın rəqibi itki ilə üzləşib
- 16:45
- 41
"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Aris" (Yunanıstan) itki ilə üzləşib.
Rekord.az xəbər verir ki, komandanın üzvü Tasos Donis zədələnərək sıradan çıxıb.
MRT nəticələrinə görə, futbolçunun sol dizinin medial kollateral bağının qırıldığı bildirilib.
28 yaşlı forvard ötən gün Kipr təmsilçisi “Anortosis”lə yoldaşlıq oyununda zədələnib.