UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Araz-Naxçıvan”la qarşılaşacaq Yunanıstanın “Aris” klubunun yoldaşlıq görüşlərindəki rəqibləri bəlli olub.


Rekord.az xəbər verir ki, bu barədə Saloniki təmsilçisinin rəsmi saytı məlumat yayıb.


"Aris" müvafiq ardıcıllıqla Şotlandiyanın "Livinqston" (3 iyul), Belçikanın “Anderlext” (5 iyul) və Niderlandın AZ (9 iyul) komandaları ilə münasibətləri aydınlaşdıracaq.


Qeyd edək ki, "Araz-Naxçıvan"la "Aris" arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.