
“Araz-Naxçıvan”ın əvəzediciləri Premyer Liqa təmsilçisi ilə qarşılaşacaq
- 16 İyl 2025 18:40
- 41
“Araz-Naxçıvan”ın əvəzedici komandası yeni mövsümə hazırlıq məqsədi ilə 3 yoxlama oyununda qüvvəsini sınayacaq.
Rekord.az xəbər verir ki, bölgə təmsilçisi ilk olaraq iyulun 19-da Premyer Liqanın debütantı “İmişli”, ertəsi gün “Şamaxı-2” ilə gücünü sınayacaq.
"Qırmızı-ağlar”ın ikinci komandası növbəti matçını iyulun 26-da “Neftçi-2”yə qarşı keçirəcək.