
“Araz-Naxçıvan”dan “Alanyaspor”la heç-heçə
- 11 İyl 2025 20:00
- 49
Azərbaycanı Konfrans Liqasında təmsil edəcək "Araz-Naxçıvan" bu gün Ərzurumdakı təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.
Rekord.az xəbər verir ki, Elmar Baxşıyevin komandası Super Liqa təmsilçisi "Alanyaspor"la üz-üzə gəlib.
Oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.
"Araz-Naxçıvan" iyulun 9-da Türkiyənin həvəskar liqa təmsilçisi "Bayburtspor"la qarşılaşıb və 14:0 hesabı ilə qələbə qazanıb. Komanda iyulun 17-də "Trabzonspor"la da üz-üzə gələcək.