
"Araz Naxçıvan" yalnız bu halda yeni futbolçu alacaq
- 15:00
- 140
"Aris"lə Konfrans Liqasının cavab matçına hazırlaşan "Araz Naxçıvan" yay transfer çalışmalarını yekunlaşdırıb.
Rekord.az xəbər verir ki, Naxçıvan təmsilçisi bundan sonra yeni transfer etməyəcək və hazırkı heyətlə yeni mövsümdə oynayacaq.
Yalnız bir istisna hal var. Kluba yaxın mənbədən saytımıza daxil olan məlumata görə, əgər komanda Konfrans Liqasının qrupuna düşməyi bacarsa, o zaman daha iki futbolçu üçün əlavə büdcə ayırılması nəzərdə tutulun.