Konfrans Liqasında çıxış edəcək "Araz-Naxçıvan" Ərzurumda təlim-məşq toplanışı çərçivəsində növbəti oyununa çıxacaq.


Rekord.az xəbər verir ki, Premyer Liqanın bürünc medalçısı son sınaq matçında yerli “Trabzonspor”la qarşılaşacaq.


Super Liqa təmsilçisi ilə görüş saat 18:00-da start götürəcək.


"Araz-Naxçıvan" Türkiyədə əvvəlki yoxlama oyunlarında yerli “Bayburtspor”a 14:0 hesabı ilə qalib gəlib, “Alanyaspor”la qolsuz heç-heçə edib, "Konyaspor"a 1:2 hesabı ilə uduzub.