
“Araz-Naxçıvan” Salonikidədir
- 29 İyl 2025 15:20
- 51
Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda “Aris”lə qarşılaşacaq “Araz-Naxçıvan” bu gün Yunanıstana yollanıb.
Rekord.az xəbər verir ki, komanda artıq matçın keçiriləcəyi Saloniki şəhərindədir.
İyulun 31-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. Komandalar arasında ilk matçda "Araz-Naxçıvan" rəqibini 2:1 hesabı ilə məğlub edib.