
“Araz-Naxçıvan” Baxşıyevin köməkçiləri ilə müqavilə müddətini uzatdı
- 17:00
- 45
"Araz-Naxçıvan" baş məşqçi Elmar Baxşıyevin köməkçiləri ilə müqavilə müddətini uzadıb.
Rekord.az xəbər verir ki, Rasim Ramaldanov, Ramiz Kərimov, Əfran İsmayılov və Todor Terzievlə 1 illik müqavilə imzalanıb.
Naxçıvan təmsilçisi daha əvvəl baş məşqçisi ilə də yeni, 1 illik müqavilə imzalandığını açıqlamışdı. Komanda onun rəhbərliyi altında 2024/2025 mövsümünü üçüncü pillədə başa vuraraq tarixində ilk dəfə UEFA Konfrans Liqasında iştirak etmək hüququ qazanıb.