UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Araz-Naxçıvan” - “Aris” (Yunanıstan) oyununun biletləri bu gün satışa çıxarılıb.


Bu barədə Rekord.az-a klubun mətbuat xidmətindən məlumat verilib.


Biletlərin qiyməti sektorlar üzrə müvafiq olaraq 1 və 2 manatdır. Biletlər hər gün saat 10:00-dan 21:00-dək "Liv Bona Dea Arena" və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır.


Tərəflər arasında ilk qarşılaşma iyulun 24-də, saat 20:00-da “Dalğa Arena”da keçiriləcək. Cavab matçı isə 31-də Salonikidə baş tutacaq.