
Aqil Nəbiyev "Şimal"ın baş məşqçisi olacaq?
- 11:00
- 98
Mətbuatda U-17 millimizin baş məşqçisi Aqil Nəbiyevin I Liqaya yeni vəsiqə qazanan "Şimal"a baş məşqçi təyin olunması haqdaməlumat yayılıb.
Rekord.az məsələyə münasibət öyrənmək üçün Nəbiyevlə əlaqə saxlayıb.
Saytımıza açıqlama verən gənc məşqçi məlumatı təkzib edib: "Mənə klub tərəfindən belə bir təklif gəlib. Müəyyən görüşlərimiz, söhbətimiz də olub. Amma ortada hansısa razılaşma, müqavilə yoxdur. Olacağını da indidən demək olmaz. Çünki çalışmaq istədiyim yerdə normal şəraitin olmasını istəyirəm. "Şimal" I Liqaya yeni gəlib. Yaxşı, iddialı komanda qurmaq üçün yaxşı büdcənin olması şərtdir. Bütün bu məsələlərə aydınlıq gəlməlidir. Yalnız bundan sonra qəti qərar vermək olar".