Məlum olduğu kimi, millimizin üzvü Mahir Emrelinin gələcək taleyi hələ də naməlum olaraq qalır. “Legiya”nın düşərgəsinə qayıtmayan və müqaviləsi olduğu halda, Polşa kubunda ayrılmaqda israrlı olan futbolçu hətta bunun üçün Polşa təmsilçisini məhkəməyə vermək haqda da düşünür. Adı isə bir sıra klublarla yanaşı hallanır.

 

Rekord.az xəbər verir ki, sabiq klubu “Qarabağ”ın baş məşqçisi, Mahirin bu səviyyəyə gəlməsində xüsusi rolu olan Qurban Qurbanov sözügedən məsələyə müdaxilə etmir.

 

Yəni mürəkkəb durum olduğunu görüb yekun qərarı futbolçunun öhdəsinə buraxıb. Əldə etdiyimiz məlumata görə, AFFA da məsələyə hansısa formada müdaxilə etməyəcək. Hətta milli üzvü kimi futbolçuya hansısa məsləhət, tövsiyyə də edilməyəcək. Federasiya da məsələ ilə bağlı qərar verməyi futbolçunun şəxsi işi hesab etdiyi üçün kənardan izləməyə mövqeyi tutmağı düşünür.