"Kəpəz"lə bağlı saytımıza maraqlı məlumat daxil olub.

Rekord.az-a AFFA-ya yaxın mənbədən ötürülən məlumata görə, federasiya Gəncə təmsilçisinin rəhbərliyinə xüsusi tapşırıq verib.

Tapşırıq ondan ibarətdir ki, rəhbərlik Mehman Allahverdiyevə yaxın olan yerli futbol adamlarına klubda iş verməsin. AFFA-da belə düşünürlər ki, Allahverdiyev Gəncədə federasiya üçün ciddi maneədir və klubun zəif çıxışı fonunda baş məşqçi Yaşar Vahabzadəyə qarşı radikal mövqeydə dayananlar da məhz Allahverdiyevi dəstəkləyən adamlardı. Məhz bu səbəbdən "Kəpəz"in sabiq baş məşqçisinin çevrəsinə daxil olan şəxslərə klubda iş vermək olmaz.