
Adil Şükürov da yol üstədir
- 14 İyl 2025 11:00
- 1028
"Kəpəz"də sular durulmaq bilmir.
Rekord.az xəbər verir ki, komandanın yarıdan çoxu getsə də, hələ ki, ciddi bir transfer reallaşmayıb.
Rəhbərliklə bağlı da qeyri-müəyyənlik davam edir. Normal yay hazırlığı və transferlər üçün büdcə də yoxdur. Əldə etdiyimiz məlumata görə, bu qeyri-müəyyənlikdə baş məşqçi Adil Şükürovun da postundan gedəcəyi gözlənilir. Çünki onu bu posta gətirənlər vədlərinə əməl etmir, həmin şəxslrin özlərinin klubdakı taleyi sual altındadır. Bu həftə ərzində büdcə və heyətlə bağlı məsələ həllini tapmasa, böyük ehtimalla Şükürov da "Kəpəz"dən ayrılacaq.