AÇ-də 3 bürünc medal şansı
- 20:12
- 29
Bolqarıstanın Samokov şəhərində güləş üzrə U17 Avropa çempionatı davam edir.
Rekord.az xəbər verir ki, bu gün qadın güləşi üzrə 40, 46, 53, 61 və 69 kq-da yarışa start verilib.
Gülxanım Şirinova (40 kq) debütdə rusiyalı Zlata Koreşovaya uduzub – 3:12.
Nuray Cəfərli (46 kq) makedoniyalı Frosina Atanasova (tuş) və macarıstanlı Vivyen Sentpalı (7:3) mübarizədən kənarlaşdırsa da, yarımfinalda polşalı Yuliya Palka 0:3 hesabıyla məğlub olub. Nuray sabah bürünc medal uğrunda güləşəcək.
Fatimə Bayramova (53 kq) türkiyəli Ecrin Salik (tuş) və ukraynalı Kamilla Pihordan (6:3) güclü olub. Ancaq yarımfinalda macarıstanlı Mariya Jitovozla bacarmayıb – 0:10. Fatimə sabah üçüncülük uğrunda görüşə çıxacaq.
Fidan Babayeva (61 kq) 1/8 finalda isveçrəli İnez Airaksinenə “tuş”la uduzub.
Simurə Abdullayeva (69 kq) bolqarıstanlı Nataliya Tasevaya “tuş”la qalib gəlsə də, 1/4 finalda türkiyəli Kıymet Tezcana 6:17 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün təmsilçimiz sabah təsəlliverici görüşə çıxacaq.