Abşeronda kəndir dartma yarışı
- 19:00
- 33
Abşeron Olimpiya İdman Kompleksində “Şəhərsalma və Memarlıq ili”nə həsr olunmuş ümumtəhsil müəssisələri arasında (oğlanlar) kəndirlə mübarizə idman növü üzrə Abşeron rayon kuboku keçirilib.
Rekord.az xəbər verir ki, məqsəd kəndirlə mübarizə idman növünün rayonda təbliği, inkişaf etdirilməsi, kütləviliyin artırılması, idmançılar arasında dostluq əlaqələrinin gücləndirilməsi və respublika yarışlarında iştirak edəcək yığma komandanın komplektləşdirilməsidir.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Xırdalan şəhər 3 nömrəli tam orta məktəbin komandası birinci, Masazır kənd 3 nömrəli tam orta məktəbin komandası ikinci, Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin komandası üçüncü yerə layiq görülüb.
Qalib və mükafatçılar diplom, medal və kubokla təltif olunub.