“28 May - Müstəqillik günü”nə həsr olunmuş Atletika idman növü üzrə oğlanlar və qızlar  arasında 26-27 may 2025-ci il tarixlərində Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi, Abşeron-Xızı Regional Təhsil İdarəsi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində Abşeron rayon turniri keçirilib.


Rekord.az xəbər verir ki, turnirin keçirilməsində məqsəd rayonda “28 May - Müstəqillik günü”nün qeyd edilməsi, atletika idman növünün təbliği və inkişafı, bu idman növündə güclü idmançıların müəyyən edilməsi, onların idman ustalığının artırılmasıdır.


Regional İdarə tərəfindən qalib və mükafatçılar diplomla təltif olunub.