İspaniyanın “Ovyedo” klubu komandanın kapitanı Santi Kasorla ilə müqaviləni uzadıb.


Rekord.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


40 yaşlı yarımmüdafiəçinin sözləşməsi 2026-cı ilin yayına kimi artırılıb.


“Ovyedo” 24 illik fasilədən sonra La Liqada mübarizə aparacaq.


Kasorla "Ovyedo"nun yetirməsidir. O, "Vilyarreal", "Malaqa" və "Arsenal" və "Əl-Sədd"də də çıxış edib. İspaniya millisinin sabiq üzvü 2023-cü ildə doğma klubuna qayıdıb.