33-cü tura baxış
- 11:04
- 37
Premyer Liqada 33-cü tur geridə qaldı. Öyrəndik ki...
- 283 günlük marafon ötən avqustda Şamaxıda başlayıb dünən Qubada başa çatdı.
- turun faktiki heç bir matçı paytaxda oynanmadı. Qəbələ və Qubada 1, Sumqayıtda 3 matça şahidlik etdik. Bir matç isə Masazırda oynandı ki, onu da paytaxtın şəhər hissəsi hesab etmək olmaz.
- son tur formal xarakter daşıyırdı, turnir cədvəlinə heç bir təsiri olmayacaqdı. Amma formal olmasına baxmayaraq maraqlı qarşılaşmalara şahidlik etdik. Ən baxımlısı Sumqayıtda yerli komandanın "Qarabağ"la olanı idi. Tribunalara toplaşanlar 7 qolla yanaşı, gərgin mübarizə də gördülər. Ümumilikdə turda 22 qol vuruldu. Bunu məhz komandaların rahat olması ilə əlaqələndirmək olar.
- Çox sayda gənc və yerli futbolçuları meydanda gördük, debütlər oldu.
- bu tur böyük ehtimalla, "Araz", "Sumqayıt", "Şamaxı" (rəsmidir), "İmişli", "Kəpəz"in hazırkı baş məşqçiləriylə son matçları oldu. Pley-offdakı nəticədən asılı olaraq (bəzi mənbələr hətta asılı olmayaraq baş verəcəyini deyir) "Qəbələ"nin də bu sıraya qoşulması mümkündür.
- son matçın maraqlı cümləsi şərhçinin "Peter Kinqs topu İmam Əlinin qapısından keçirir" oldu. Qınamağa tələsməyin, çünki "İmişli"nin qapıçısının ad-soyadı məhz belədir, "yev" sonluğu yoxdur. İmişlililərin heyətində müqəddəs adların çox olduğu barədə ayrıca yazmışdım.
- qarşıda yalnız pley-off matçı qalıb. Sumqayıtda keçiriləcək, "Qəbələ" ilə "Mingəçevir" üz-üzə gələcək. Tarix fə bəllidir: 28 may, saat 18:30. SOCAR Polymer Arena.
- çempionatımız üçün darıxacağıq.