
“3:0 rəqibdən çox üstün olduğumuz anlamına gəlmir” - Qurban Qurbanov
- 24 İyl 2025 01:19
- 60
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Şelburn"a qarşı keçirdikləri ilk oyunla bağlı fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, təcrübəli mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında böyükhesablı qələbənin (3:0) sevindirici olduğunu söyləyib:
"Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Çox vacib qalibiyyət əldə etdik. Rəqib bizə hər an gərginlik yarada bilərdi. 3:0 hesabı ilə qalib gəlməyimiz onlardan çox üstün olduğumuz anlamına gəlmir. Bu hesabı yaddan çıxarıb, Bakıdakı cavab qarşılaşmasına hazırlaşacağıq. Bizə stadiondan dəstək olan azsaylı azarkeşlərimizə öz təşəkkürümü bildirirəm. Rəqib komandaya qarşıdakı matçlarda uğurlar arzu edirəm".
Komandalar arasındakı cavab görüşü gələn həftə Bakıda keçiriləcək.