
1-ci Liqa klubu daha 3 futbolçusu ilə vidalaşdı
- 26 İyl 2025 15:20
- 48
Azərbaycanın 1-ci Liqa klublarından "Difai" daha 3 futbolçusu ilə vidalaşıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Difai” Ceyhun Muxtarlı, Ömər Məmmədzadə və Rəvan Əvəzov ilə yollarını ayırıb.
Klub hər üç futbolçuya təşəkkür edib və gələcək karyeralarında uğurlar arzulayıb.
Xatırladaq ki, "Difai" daha əvvəl Riad Abbaszadə, Əbil Əbilov və Mahir Həsənovla da vidalaşıb.