Türkiyənin “Altay” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Sərkan Özbalta çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər mövsümün sonuna kimi anlaşıblar.

Sərkan Özbalta ötən gün istefaya göndərilmiş Mərt Nobreni əvəz edib. Hansı ki, Nobre təxminən iki həftə öncə istefaya göndərilmiş Mustafa Dənizlinin əvəzində baş məşqçi təyin olunmuş, lakin ardıcıl 3 məğlubiyyətin ardından postu ilə vidalaşmaq məcburiyyətində qalmışdı.

“Altay” bu mövsüm Super Liqada 23 oyuna topladığı 18 xalla 19-cu pillədə qərarlaşıb.