"Xilasedici" Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
- 02:20
- 33
Voleybolçu kişilərdən ibarət "Xilasedici" klubu Çempionlar Liqasında 2-ci təsnifat mərhələsi çərçivəsində cavab oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, təmsilçimiz bu mərhələdə Portuqaliyanın "Sporting CP Lisboa" komandasının qonağı olub.
Cütün Bakıda keçirilmiş ilk matçında 2:3 hesabı ilə uduzan komandamız səfərdə eyni hesabla qalib gəlib. İki oyunun yekununda ümumi hesab bərabər olduğundan qızıl setə oynanılıb. Həlledici hissədə daha dəqiq oynayan "Xilasedici" qizil setdən də qalib ayrılıb. Bununla təmsilçimiz Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yüksəlib.
Qeyd edək ki, "Xilasedici" bu mərhələdə Sloveniyanın "ACH Volley Ljubljana" və Niderlandın "Orion Stars DOETINCHEM" komandalarının qalibi ilə qarşılaşacaq.
Çempionlar Liqası
11 noyabr
2-ci təsnifat mərhələsi (Cavab oyunu)
"Sporting CP Lisboa" - "Xilasedici" 2:3 (25:21, 18:25, 25:22, 21:25, 13:15)
Qizil set - 13:15