“Sumqayıt”ın Futbol Akademiyası 2011-ci ildən, komanda Premyer Liqaya vəsiqə qazanan ildən formalaşmağa başladı. İlk il müəyyən çatışmazlıqlar olsa da, 2012-ci ildən etibarən demək olar ki, bütün yaş qruplarından ibarət komandalar təşkil olundu. 2013-cü ildən etibarən isə akademiyanın infrastrukturu qurulmağa başladı. Hazırda klubun aşağı yaş qruplarının demək olar ki, meydança problemi yoxdur. Düzdür, akademiyanın fəaliyyəti haqda zaman-zaman tənqidi yazılarımız da olur. Amma bu daha çox yuxarı yaş qruplarından ibarət komandaların iştirak etdiyi yarışlarda nəticə qazana bilməməsi barədə olur. Bu da səbəbsiz deyil. Futbol şəhəri olan Sumqayıtın gənc və yeniyetmə komandaları istər sovet, istərsə də müstəqillik dönəmimizdə futbol yarışlarında daima yüksək nəticələri ilə seçiliblər. Lakin hazırkı dönəmdə bununla bağlı problemlər var. Əvəzində daha aşağı yaş qruplarının fəaliyyətini daha qənaətbəxş saymaq olar. Söhbət U-10, U-11 və U-12 komandalarından gedir. Bünövrə hesab olunduğundan, xüsusilə U-10 və U-11 komandalarının işinin düzgün qurulması daha vacibdir. Bugünkü yazımızda da daha çox bu yaş qruplarına toxunacağıq. Hazırda akademiyada bu yaş qrupları ilə məşğul olan xeyli məşqçi var. Lakin onların sırasında bəziləri var ki, xeyli müddətdir burada çalışır və bu günə qədər kifayət qədər uşaq hazırlayıb yuxarı komandalara veriblər.

 

Həmin şəxslərdən biri Ağamusa Bağırovdur. Bu şəxsi futbol ictimaiyyətinə geniş təqdim etməyə ehtiyac yoxdur. Musa müəllim hələ sovetlər dönəmindən rəhmətlik Tofiq Rzayevlə birlikdə nəinki Sumqayıt, ölkə futboluna çox sayda istedadlı futbolçu bəxş ediblər. Məhz onların əlinin altından çıxmış kifayət qədər futbolçu olub ki, sonradan ölkənin həm milli komandasında, həm də bir çox iddialı klublarında aparıcı üzvlər olublar. Bağırov “Sumqayıt”ın futbol akademiyası yaranan gündən klubun içindədir. Bir dönəm uşaq komandalarında baş məşqçi kimi də çalışıb. Hazırda isə akademiyanın daha aşağı yaş qruplarından ibarət komandaların koordinatoru kimi çalışır.

 

Elşad Eyvazov “Sumqayıt” Futbol Akademiyasının ən stajlı məşqçilərindən sayılır. Elşad Sumqayıta 2012-ci ildə gəlib. O, akademiyaya gələndə artıq C kateqoriyasına sahib idi. 2011-ci ildə həmin kateqoriyanı əldə etmişdi. “Sumqayıt”a gəlişində isə Nikolay Adamın xüsusi rolu olub: “Adam o vaxt AFFA-da UEFA-nın instruktoru idi. Mən də C kurslarını fərqlənmə ilə bitirmişdim. Buna görə də o, mənə kömək etmək qərarına gəldi və onun köməkliyi ilə “Sumqayıt”a gəldim. O vaxt klubun prezidenti Kamran Quliyev idi və sağ olsun, Kamran müəllim də məni kluba işə qəbul etdi. Beləliklə, 2012-ci ildən bu günə kimi “Sumqayıt” Futbol Akademiyasında çalışıram. İlk vaxtlar Ağamusa Bağırov, Vaqif Paşayev və Mübariz Orucovun yanında həm təcrübə keçirdim, həm də məşqçi kimi çalışırdım. 2012-ci ildə 2003-cü il təvəllüdlü komandanı mənə verdilər və ilk dəfə olaraq “Sumqayıt”ın U-11 komandasında işə başladım. Daha sonra 2004, 2005 və 2006, 2009-cu illəri də çalışdırdım. Hazırda isə 2012-ci il təvəllüdlü uşaqların, yəni U-10 komandasının baş məşqçisiyəm. 2014-cü ildə B kateqoriyasına da sahib oldum”.

Eyvazovun sözlərinə görə, 2012-ci ildən bu günə kimi yuxarı yaş qruplarına və əsas komandaya 50-dən çox uşaq yetişdirib veriblər. Eyni zamanda müxtəlif yaş qruplarından ibarət millilərə də futbolçu veriblər. 2005-ci il təvəllüdlü Kənan Cavadlı isə bir vaxtlar “Mançester Yunayted” məktəbinin xətti ilə İngiltərədə hazırlıq da keçib.

 

 

Akademiyanın aşağı yaş qruplarımda çalışan ən stajlı məşqçilərdən biri də Orxan Abdullayevdir. Məşqçi kimi ilk iş yeri də “Sumqayıt” olan Orxan 2013-cü ildən akademiyada çalışır. C kateqoriyasına sahib olan 32 yaşlı gənc məşqçi hazırda B kateqoriyasını almağa çalışır. Maraq üçün deyək ki, akademiya tarixində ən yüksək nəticə məhz onun adına yazılıb. Belə ki, 2020-ci ildə Abdullayevin rəhbərlik etdiyi “Sumqayıt”ın U-9 komandası ölkə çempionatı çərçivəsində keçirdiyi 10 görüşün hamısında qalib gəlib ki, bu da akademiyanın tarixində rekord göstərici olub. Hazırda rəhbərlik etdiyi U-11 komandası da öz zonasında liderdir. 

 

Bu 10 illik tarix ərzində aşağıdan yuxarı kifayət qədər uşaq yetişdirilib, ötürülüb. Elşad Eyvazovun verdiyi məlumata görə, 2012-ci ildən üzü bu yana 53 nəfər uşaq məhz U-10 komandasına qəbul olunub və bu gün yuxarı yaş qruplarından ibarət müxtəlif komandalarda forma geyinir. Hətta "Sumqayıt" U-19 komandasının üzvlərinin demək olar ki, böyük əksəriyyəti 8-9 il qabaq yuxarıda adları çəkilən məşqçilərin sayəsində futbolun sirrlərini öyrənməyə başlayan uşaqlardı. Rüstəm Hümbətov hətta əsas komandaya da cəlb olunur. Dünyamalı Sevdimalıyev, Nurlan Bayramov və Ruhid Mustafayev əvəzedici komandada forma geyinir. Ruhid Mustafayev və Rüstəm Hümbətov həm də Azərbaycan U-19 millisinin üzvüdür. Onlardan başqa Kənan Cavadlı, İbrahim Nağıyev, Namiq Məmmədzadə və İsmayıl Əliyev U-16, Şükür Cəfərli isə U-15 millisinə cəlb olunur. İndi isə 2012-ci ildə bu günə kimi, "Sumqayıt"ın U-10 və U-11 komandalarından çıxmış, hazırda akademiyanın yuxarı yaş qruplarından ibarət, o cümlədən əvəzedici və əsas komandaya cəlb olunan futbolçuların siyahısını sizə təqdim edirik:

 

Elşad Eyvazlının komandasından çıxmış uşaqlar

  1.   Dünyamalı Sevdimalıyev

11/06/2003

      B komanda

Elşad  SFK akademiya

  2.   Nurlan Bayramov

20/09/2003

      B komanda

Elşad  SFK akademiya

  3.   Ruhid Mustafayev

07/02/2004

      B komanda

Elşad  SFK akademiya

  4   .Rüstəm Hümbətov

08/12/2003

      Əsas  Komanda

Daşqın m  UGİM

  5.   Fərid Abbasov

14/08/2004

       U19 

Elşad  SFK akademiya

  6.  Mübariz Hüseynzadə

05/08/2004

       U19

Elşad  SFK akademiya

 7.   Sədrəddin Hüseynzadə

20/06/2004

       U19

Elşad  SFK akademiya

  8 .  Raiq Əbdürrəhmanlı

05/12/2004

       U19

Elşad  SFK akademiya

  9.   Alı Alı

01/01/2003

       U19

Elşad  SFK akademiya

  10 .Kənan Cavadlı

31/10/2005

       U17

Elşad  SFK akademiya

  11 .İbrahim Nağıyev

20/01/2005

       U17

Elşad  SFK akademiya

  12. Murad Rüstəmov

14/01/2005

       U17

Elman  m  Təhsil

  13. Niyal Xəlilzadə

06/08/2006

       U16

Elşad  SFK akademiya

  14. İsmayıl Əliyev

10/09/2006

       U16

Elşad  SFK akademiya

  15. Namiq Məmmədzadə

25/01/2006

       U16

Elşad  SFK akademiya

  16 .Rəvan Məşiyev

18/09/2006

       U16

Elşad  SFK akademiya

  17. Hüseyn Hüseynli

03/04/2006

       U16

Orxan  Abdullayev

18.   Kazım Zülfüqarlı

19/09/2007

     U15

Elşad  SFK akademiya

19.  Toğrul Tapdıqlı

25/04/2007

     U15

Elşad  SFK akademiya

20.  Şükür Cəfərli

18/12/2007

     U15

Rasim Əhmədov

21.   Raul Əliyev

24/04/2007

     U15

Rasim Əhmədov

22.  Ömər Allahverdiyev

02/02/2008

     U14

Elşad  SFK akademiya

23.  Səfər Əliyev

20/05/2008

     U14

Elşad  SFK akademiya

24.  Nurlan Əmirxanlı

28/09/2008

     U14

Orxan  Abdullayev

25.  Emin  Süleymanov 

11/11/2009

      U13   

Anar Ağayev

 26.   Amil Abuşov

01/02/2009

      U13

Elşad  SFK akademiya

 27.   Bəxtiyar Bayramov

10/06/2009

      U13

Elşad  SFK akademiya

 28.   Əli Cəlilzadə

23/05/2009

      U13

Elşad  SFK akademiya

 29.   Elgün Həsənov

27/07/2009

      U13

Orxan Abdullayev

 30.   Tamerlan İsazadə

11/04/2009

      U13

Akif   m   Babək FK

 31.    Əli İsrafilov

08/04/2009

      U13

Elşad  SFK akademiya

 32.    Pünhan Kərimov

24/04/2009

      U13

Elşad  SFK akademiya

 33.   Məhəmməd Mirzəyev

31/10/2009

      U13

Elşad  SFK akademiya

 34.  Vüsal Məmmədli

16/02/2009

      U13

Orxan  Abdullayev

 35.  Nizami Novruzov

15/05/2009

      U13

Elman  m   Təhsil  

36.  Tunar Nəbizadə

23/04/2009

       U13

Elşad  SFK akademiya

37. Murad Sultanov

28/03/2009

      U13

Elşad  SFK akademiya

38. Nihad Əliyev

29/03/2009

      U13

Elşad  SFK akademiya

39. Nurlan Quluzadə

14/01/2009

      U13

Elşad  SFK akademiya

40. Nihat Ağalı

15/07/2009

      U13

Elşad  SFK akademiya

41. Nizami Rüstəmli

23/05/2012

      U10

Elşad  SFK akademiya

42. Tofiq Hüseynli

22/05/2012

      U10

Elşad  SFK akademiya

 43. Qabil Həzizadə

11/01/2012

      U10

Elşad  SFK akademiya

 44.  Rauf Tağızadə

28/02/2012

      U10

Elşad  SFK akademiya

 45. Kənan Həsənli

02/08/2012

      U10

Elşad  SFK akademiya

 46.  Uğur Eylazlı

01/09/2012

      U10

Elşad  SFK akademiya

 47. Əli Babayev

20/09/2012

      U10

Orxan Abdullayev

 48. Əli Xələfzadə

03/03/2012

      U10

Namiq Məmmədkərimov

 49.    Anar Vəlizadə

15/09/2012

      U10

Elşad  SFK akademiya

 50. Yunis Oruczadə

30/03/2012

      U10

Elşad  SFK akademiya

 51. Məhəmməd Tapdıqlı

05/08/2012

      U10

Elşad  SFK akademiya

 52. Əli Bəşirli

22/03/2012

      U10

Elşad  SFK akademiya

 53. Cavanşir Yusifli

22/02/2012

      U10

Elşad  SFK akademiya

 

 

Orxan Abdullayevin komandasından çıxan futbolçular

1. Laçın Həsənov

01/01/2014

U9

Orxan Abdullayev

2. Mehrac Əhmədli

17/03/2013

U9

Orxan Abdullayev

3. Əli Xələfzadə

03/03/2012

U10

Orxan Abdullayev

4 . Yusif Mirzəmətov

05/01/2011

U11

Orxan Abdullayev

5. Toğrul Qurbanlı

01/10/2011

U11

Orxan Abdullayev

6. Cavidan Əmirli

06/01/2011

U11

Orxan Abdullayev

7. Murad Məmmədov

07/02/2011

U11

Orxan Abdullayev

8. Tunar Şirinli

08/08/2011

U11

Orxan Abdullayev

9. Abdullah Tahirli

12/03/2011

U11

Orxan Abdullayev

10 . Əli Əliyev

20/04/2011

U11

Orxan Abdullayev

11 . Möhsim Sədili

30/03/2011

U11

Orxan Abdullayev

12. Fərhan Qurbanzadə

24/09/2011

U11

Orxan Abdullayev

13. Kamal Qasımlı

05/05/2011

U11

Orxan Abdullayev

14. Ehram Məmmədli

19/09/2011

U11

Orxan Abdullayev

15. Muhammed Karademir

02/09/2010

U12

Orxan Abdullayev

16 . Mətin Məmmədzadə

24/07/2010

U12

Orxan Abdullayev

17. Nihad Rzayev

06/09/2010

U12

Orxan Abdullayev

18. Elgün Həsənov

27/07/2009

U13

Orxan Abdullayev

19. Vüsal Məmmədli

16/02/2009

U13

Orxan Abdullayev

20. Emil Həsənov

10/07/2008

U14

Orxan Abdullayev

21. Tunar Kərimov

30/06/2008

U14

Orxan Abdullayev

22. Mehdi Hüseyn

04/08/2008

U14

Orxan Abdullayev

23. Murad Dərvişov

16/05/2008

U14

Orxan Abdullayev

24. Murad Cabbarov

29/01/2008

U14

Orxan Abdullayev

25. İsmayıl Xudiyev

08/02/2008

U14

Orxan Abdullayev

26. Nurlan Əmirxanlı

28/09/2008

U14

Orxan Abdullayev

27. Əli Qurbanov

20/07/2007

U15

Orxan Abdullayev

28. Fateh Ağacan

21/10/2007

U15

Orxan Abdullayev

29. Hüseyn Hüseynli

03/04/2006

U16

Orxan Abdullayev

30. Mətin Sərxanlı

16/04/2007

U15

Orxan Abdullayev

31. Vəli Abbasov

26/03/2008

U14

Orxan Abdullayev

32. Ranar Əliyev

19/06/2008

U14

Orxan Abdullayev