“Sumqayıt”dan yeni transfer
- 21:30
- 27
2026/27 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçunun keçidini reallaşdırıb.
Rekord.az xəbər verir ki, sözügedən klub son olaraq Fransanın “Qrenobl” komandasında çıxış etmiş Mamadi Banqre ilə 1+2 illik müqavilə imzalayıb.
25 yaşlı vinger “11” nömrəli formada çıxış edəcək.
Banqre Fransanın “Tuluza” komandasının yetirməsidir. O, karyerası ərzində “Tuluza” ilə yanaşı “Trua”, “Pau”, “Qrenobl” kimi komandaların şərəfini qoruyub. Banqre həmçinin vətəni olan Burkina Faso millisində 9 oyun keçirib.