Macarıstan kubokunda 1/32 final mərhələsinin oyunları keçirilir.


Rekord.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin çıxış etdiyi “Kişvarda” səfərdə “Naqykozar” klubunun qonağı olub.


Qarşılaşma qonaqların 9:0 hesablı darmadağını ilə başa çatıb.


Nuriyev matça ilk “11-lik”də başlayıb və fasilədə əvəzlənib.