“Səhvləri araşdıracağıq, hər kəslə danışacağıq” - Vernidub
- 20:00
- 22
"Neftçi"nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 5-ci turunda "İmişli"yə qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 3:2 hesabı ilə qalib gəldikləri matçla bağlı bunları söyləyib:
“Birinci hissədə istədiyimiz kimi oynayırıq. Hansısa komanda 0:2 öndə olarkən hesab bərabərləşirsə, bu, yaxşı hal deyil. Futbolçulara demişəm ki, belə oynamağa haqqımız yoxdur, eyni səhvləri təkrarlamalı deyilik. Anlayıram ki, süni örtüklü meydançada oynamaq çətindir. Amma "İmişli" də eyni meydançada oynayır. Səhvləri araşdıracağıq, hər kəslə danışacağıq. Çox yersiz 2 qol buraxdıq. Bunları etməməli idik.
Axtarışdayıq. Mərkəz müdafiəçiləri ilə digər oyunçular arasında əlaqələri yoxlamaq üçün bu cür gedişlər edirik. Əsas odur ki, əlimizdə 4 yaxşı mərkəz müdafiəçisi var. Hamı oynamaq istəyir. Çalışacağıq ki, hamıya şans verək.
Məni sevindirən odur ki, yeni oyunçular performanslarını artırıblar. Digər xoş tərəf isə odur ki, meydana sonradan buraxdığımız futbolçu belə gözəl qol vurdu və bizə qələbə qazandırdı”.