Qusar stadionun tutumu artırılacaq, beynəlxalq status alacaq
- 17:00
- 23
Sentyabrın 15-dən tikintisi bərpa olunacaq Qusar stadionun layihəsində də dəyişiklik olacaq.
Rekord.az-a bununla bağlı "Şahdağ"ın prezidenti Samir Xeyrullayev məlumat verib.
O, bildirib ki, stadionun tutumu 10 min nəfərlik olacaq. Eyni zamanda stadion beynəlxalq statuslu olacaq və gələcəkdə milli komanda da ev oyunlarını bu stadionda keçirə biləcək.