Misli Premyer Liqasının 5-ci turu çərçivəsində "Kəpəz" "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəlib.


Rekord.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Kəpəz"in baş məşqçisi Azər Məmmədov matç haqda fikirlərini bildirib:


"Biz hər oyunda qalib gələcək qədər güclü deyilik. Amma hər oyunda qələbə qazanmağı qarşımıza məqsəd qoyuruq. Ümid edirəm ki, azarkeşlərimiz güclü “Kəpəz” görəcəklər. Məşqçinin kimliyindən asılı olmayaraq, güclü komanda formalaşdırmaq üçün vaxt lazımdır. Yalnız bu halda güclü və iddialı “Kəpəz”i geri qaytara bilərik.


Bu gün yaxşı komandaya qarşı oynadıq. “Qəbələ”ni düzgün təhlil etmişdik və rəqibin əsas futbolçularını zərərsizləşdirdik. Yaxşı oyun nümayiş etdirdik. Hətta məğlub olsaydıq belə, komandamın çıxışından razı qalacaqdım. Əlimizdə olan maliyyə imkanları ilə qənaətbəxş komanda toplamışıq".