“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
- 16:00
- 15
“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi Norveçin "Vikinq" komandasının futbolçusu Ola Vistedi cari mövsümün sonunadək KFUM-a icarəyə verilib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı futbolçunun paytaxt komandası ilə icarə müqaviləsinin müddəti cari mövsümün sonunadək nəzərdə tutulub. O.Vistedin Stavanger təmsilçisi ilə müqaviləsinin müddəti isə 2029-cu ilin sonuna qədərdir.
Qeyd edək ki, "Vikinq" - "Sabah" matçı noyabrın 4-də baş tutacaq.