Xaçmazda yeni stadion istifadəyə verildi
- 10:00
- 24
Xaçmaz rayonunun Qusarçay kəndində kənd stadionunun təmirdən sonra açılış mərasimi keçirilib.
Rekord.az xəbər verir ki, stadion "İnter Club Azerbaijan"’nın rəsmi üzvü, yerli iş adamı və sahibkar Namik Eldarovun maddi dəstəyi ilə tam təmir olunub.
Tədbirdə çıxış edən Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova sahibkarların və özəl sektorun idmanın inkişafına verdiyi dəstəyi yüksək qiymətləndirərək, bunun regionlarda yeniyetmə və gənc futbolçuların yetişməsində böyük stimul olacağını vurğulamışdır.
Çıxış edənlər Namik Eldarovun bu nəcib və xeyirxah işinin digər kənd və qəsəbələrdəki sahibkarlara nümunə olacağını qeyd edərək, uşaq, yeniyetmə və gənc futbolçulara müvəffəqiyyətlər diləyiblər.
Daha sonra futbolçular nümunəvi çıxışlar nümayiş etdiriblər. Regional idarənin rəisi onlarla söhbət edərək, tövsiyələrini çatdırmışdır.