Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 milli komandası Belçikanın Antverpen şəhərində keçirilən Avropa Çempionatında mübarizəyə başlayıb.


Rekord.az xəbər verir ki, mmillimiz ilk qrup oyununda Niderlanda 12:21 hesabı ilə məğlub olsa da, ikinci görüşündə Ukrayna seçməsinə 20:7 hesabı ilə qalib gəlib.


Ukrayna üzərində qazanılmış qələbədən sonra millimiz 1/4 final şanslarını artırıb. Qrupun son oyunu Niderland və Ukrayna komandaları arasında baş tutacaq.