UEFA Millətlər Liqası D qrupu çərçivəsində keçiriləcək Azərbaycan - Litva qarşılaşmasının yeri dəyişir. "Rekord.az"-ın əldə etdiyi məlumata görə, matç Gəncədə oynanılmayacaq. 

Buna səbəb qonaq tərəfin buna etiraz etməsidir. AFFA əvvəlcə bu oyunun oktyabr ayının 4-də məhz Gəncədə keçiriləcəyini elan etsə də, son günlərdə durum dəyişib. Litvalıların narazılığının konkret səbəbi barədə məlumat verilmir.

Matçın "Palms Sports Arena"ya təyin olunması gözlənilir.

Buna qədər millimiz oktyabrın 1-də Lixtenşteyni də evdə qəbul edəcək. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.