“Komandam bu nəticəyə layiq deyildi” – Kandido
- 22:27
- 17
“Sumqayıt” bu gün Misli Premyer Liqasının 5-ci turunda “Şamaxı”nı qəbul edib.
Rekord.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan matçdan sonra “kimyaçılar”ın baş məşqçisi Filipe Kandidonun mətbuat konfransı keçirilib.
Portuqaliyalı mütəxəssis komandasının bu nəticəyə layiq olmadığını bildirib:
“Düşünürəm ki, hər iki hissədə kifayət qədər qol fürsətləri yaratdıq. Amma bunlardan yararlana bilmədik. Komandam bu nəticəyə layiq deyildi.
Komandamda müəyyən inkişaf görürəm. Bugünkü rəqibimiz də çox yaxş komanda idi. Düzdür, hələ istədiyimiz nəticələri ala bilmirik. Amma zamanla inkişaf edəcəyik. Düşünürəm ki, biz bütün oyunlarda qələbə qazana bilərik. Arzulayırıq, işləyirik. İlk qələbəni çox istəyirik. Futbolçular da çox çalışırlar. Amma bəzi oyunçular cəmi üç həftədir bizə qoşulub. Bizim kimi komandalarda bu normal haldır. Daha yaxşı olmağa, inkişaf etməyə çalışacağıq.
Yeni transfer Banqrenin oyunu xoşuma gəldi. Oyuna yaxşı qoşuldu. Komandaya təzə gəlib. Baş məşqçi kimi istəyərdim ki, bütün komanda bir yerdə məşq etsin. Dediyim kimi, bir xala görə xoşbəxt deyiləm, amma qarşıdakı oyunlarda daha çox çalışıb, daha yaxşı olmalıyıq”.