Bir müddət idi Rusiyada yaşayan və bizneslə məşğul olan "İnter"in sabiq futbolçusu Nizami Hacıyev Azərbaycana qayıdıb.

Rekord.az xəbər verir ki, veteran futbolçu şəxsi problemləru ucbatından vətənə dönməli olub.

Onun hansı işlə məşğul olacağı hələlik məlum deyil. Özü futbol sahəsində çalışmaq istəyir. Lakin adının oyun alqı-satqısında hallanmasını əsas gətirən AFFA onu futboldan ömürlük kənarlaşdırıb.