Növbəti mövsümdə İngiltərə Premyer Liqasında oynamağa vəsiqə qazanan sonuncu klub da müəyyənləşib.

Rekord.az xəbər verir ki, sonuncu vəsiqə “Fulhem”ə qismət olub.

Sözügedən komanda Çempionşipin pley-off mərhələsinin finalında "Brentford"u 2:1 hesabı ilə məğlub edərək buna nail olub.

Beləliklə, "Fulhem" bir ildən sonra yenidən elitaya qayıdıb.

Xatırladaq ki, komanda 2018/19 mövsümündə Premyer Liqanı 19-cu pillədə başa vurduğu üçün yüksək liqanı tərk etmişdi.