Almaniya nəhəngi “Bavariya” koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə qoruyucu maskalar istehsal edərək satmaqla qazandığı məbləği açıqlayıb.

Rekord.az xəbər verir ki, Bundesliqa təmsilçisi maska satışından 250 min avro qazanıb.

Münhen klubu artıq həmin məbləği koronavirusa qarşı mübarizə aparan yardım kampaniyalarına bağışladığını açıqlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, “Bavariya” aprelin 24-dən maska satışına başladığına açıqlamışdı. “Bavariya”da futbolçular Yozua Kimmix və Leon Qoretska da koronavirus pandemiyası yayılandan bəri müxtəlif yardım kampaniyalarına dəstək göstərmişdilər. Elə “Bavariya”nın topladığı məbləğ də məhz bu iki oyunçunun vasitəçiliyi ilə ehtiyacı olanlara çatdırılıb.