İtaliyanın Pezaro şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında Azərbaycan təmsilçiləri bürünc medal qazanıblar.


Bu barədə Rekord.az-a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.


Kişi cütlüyümüz Murad Rəfiyev və Daniel Abbasov balans hərəkətləri proqramında 28,950 xalla bürünc medala sahib olublar.